3 il əvvəl bugün Vətən müharibəsində ağır yaralanan zabitimiz - FOTO 0
Bu gün tarixi Suqovuşan torpaqlarında qələbəmizin 10 cu günü idi. Bölüyün fəaliyyət isitqamətlərindən biri də, növbəti döyüş əməliyyatının yerinə yetirilməsi idi. Bu istiqamətdə döyüş yoldaşlarımızla birlikdə hücum əməliyyatına başladıq, lakin düşmənin minaatan mərmisi üzərimizə yağış kimi yağmağa başladı, bizdən geridə qalanlar əməliyyatı sonlandırmalı idi bu səbəbdən ürəyim çox rahat idi.
Bir anda oldu hər şey, nə partlayış səsi, nə ağrı heçnə hiss etmədim. Saniyəlır sonra ayıldım. Sağ əzamın qopduğunu gördüm, sol ayağımla hərəkəti davam etdirib müvəqqəti bir yerə girməli idim ki, növbəti partlayışın məni vurmaması üçün, sol ayağımın geriyə doğru burulduğunu gördüm, xeyli qan itirmişdim deyə hərəkətimin mümkünsüz olduğunu anladım. Və elə ordaca şəhidlərimizlə birlikdə qaldım. Bir anda sanki mənə güc gəldi və ilkin tibbi yardım göstərməli olduğumun fərqinə vardım.ilk öncə qopan ayağımdan axan qanı dayandırmalı idim çünki fontanabənzər qan fışqırırdı. Avtomatın arxasındakı rezin juqut il sıxmağa çalışdım lakin jukut köhnə olduğu üçün bir dəfə qırıldı. Daha sonra o təlaş və həyəcan ilə, sıxmağı bacardım. Qanı qismən dayandırsam da, ağrı artıq beynimə qədər gəlib çatmışdı. Cibimdə morfin məhlulu olduğunu bilirdim və ondan istifadə etdim. O da təsiri elədə çox çəkmədi. 35-40 dəqə keçmişdi ancaq heç kəs yox idi. Artıq şəhid olacağıma inanmışdım və hüzur içində gözlərimi yumurdum. Bir anda başım torpaqa dəydiyi üçün səsləri öncədən eşidirdim, maşın səsi eşitdim, lakin bizim avtomobillərin ora gəlməsi mümkünsüz idi təhlükəli zona idi çünki. Və düşündüm ki, e*məni ordusunun əsgərləri ola bilər. Paqonlarımı çıxartdım və PM ilə özümü tuşladım çünki əsir düşə bilməzdim, bu çox çətin olardı mənim üçün. Bütün koordinatları əzbər bilirdim,döyüş mövqelərimizi hər birini əzbər bilirdim. Mənim zabit olduğumu onsuzda biləcəydilər. Bir anda mənim ikinci həyatıma səbəb olan canım qardaşım Orxan həkim, səslədi ki, salamat qalan varmı. Səsimi çıxaracaq qədər taqətim yox idi, var gücümlə PM (pistolet makarov) tətiyini basdım bə məni ordan xilas etdilər.
Əlbətdə bugün bütün bu çətinliklər yaşansada mən heçnədən peşman deyiləm. Fəxr edirəm ki vətənim üçün nəsə etmişəm. Fəxr edirəm ki Azərbaycanımız bütövdür.
Bunların hər biri cənab ali baş komandan Ilham Aliyev in sərkərdəlik qabiliyyətinin, və şəhidlərimizin qazilərimizin qanı canı bahasınadır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin qazilərimizə şəfa versin…
Elnur Rizvan oğlu Xəlilov
Vətən müharibəsi Qazisi, Baş leytenant
Xəbəri paylaş