Xəbər lenti
14-05-2026, 00:18
 

Müstəqim Məmmədov şəhid Tofiq Quliyevin ailəsini ziyarət edib Fotolar + Yenilənib

Tarix: 21-05-2026 15:31     Baxış: 532

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Əskipara kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Tofiq Zakir oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 

Mubarizciler.az xəbər verir ki, görüşdə Vətən müharibəsi şəhidi Əziov Ayşadın atası Qaryağdı Əzizov, Vətən müharibəsi əlili Nahid Qasımov, Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Cəfərovun övladı İlqar Cəfərli, kənd ağsaqqalı Rəfayıl Hüseynov iştrak edib.

Qeyd edək ki, Quliyev Tofiq Zakir oğlu 1963-cü il dekabr ayının 9-da Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuşdur. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Əksipara kəndinə köçüblər. 1983-1985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində Həzi Aslanov adına kolxozda sürücü işləyirdi. Rayonu erməni işğalçılarından qorumaq üçün "Tərtər özünümüdafiə batalyonu" yaradılarkən könüllü olaraq batalyona daxil olub və döyüşlərdə iştirak edib. 1992-ci il iyun ayının 3-də Ağdərə rayonun Qırmızıkənd kəndi yaxınlığında Marquşavan kəndi istiqamətində Tərtər batalyonu döyüşə hazırlaşarkən keçid yollarına düzülmüş mina partlayışından ağır yaralanmışdı. Uzun müddət Bakıda hərbi hospitalda müalicə olunmasına baxmayaraq 1992-ci il sentyabr ayının 21-də aldığı yaradan vəfat etmişdir. Əksipara kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar