Xəbər lenti
2-09-2026, 15:00
 

Türkiyə nümayəndə heyəti Goranboyda - Fotolar

Tarix: 25-05-2026 17:24     Baxış: 1 512

Səfər proqramına uyğun olaraq Türkiyə Cümhuriyyətinin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğdunun rəhbərlik etdiyi nümayəndə heyəti Goranboy Olimpiya İdman Kompleksində oldular.

Mubarizciler.az xəbər verir ki, İcra başçısının müavini qonaqları salamlayaraq, rayonumuzun 2026 Gənclər Paytaxtı seçildiyini nümayəndə heyətinin diqqətinə çatdırdı.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan münasibətlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da möhkəmlənir. Görüş çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübənin təşkili, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.

Nümayəndə heyətinə kompleksdə yaradılmış şərait, idmançıların hazırlıq prosesi və fəaliyyət göstərən üzgüçülük zalı, boks, cüdo, voleybol və futbol bölmələri haqqında ətraflı məlumat verildi. Gənclərin idmana olan marağı və yaradılmış şərait nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirildi. Daha sonra nümayəndə heyəti futbol meydançasına baxış keçirdi. Burada rayon gənclərinin idmana cəlb olunması, futbolun inkişafı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. 

Səfər iki qardaş ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar