XTQ-nin yaradılmasından 25 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.
Mubarizciler.az xəbər verir ki, Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u “Maroon beret” sertifikatı qazanır.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə XTQ-nin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel döyüşləri zamanı Şəmkir rayonundan XTQ-in həqrbi qulluqçuları Polkovnik Vuqar Yusibov və müddətdən artıq hərbi xidmətdə olan Təbriz Əsgərov şəhid olmuşdur.
Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur.
XTQ-nin 36 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
II Qarabağ müharibəsi zamanı Şəmkir rayonundan XTQ-in kapitanı Ruslan Qəhrəmanov və kiçik çavuş Babək Namazov şəhid olmuşdur.
Həmçinin Vətən müharibəsində rayonumuzdan 3 nəfər XTQ hərbi qulluqçusu İlkin Məmmədzadə, İlkin Rüstəmov və Nicat Əbdürrəhmanov yaralanaraq əlillik dərəcəsi almışdır.
Xəbəri paylaş