Xəbər lenti

Goranboyda Şəhid ailəsi ziyarət olundu Fotolar

Tarix: 26-05-2026 12:52     Baxış: 1 057

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini və rayon Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin direktoru tərəfindən Səfikürd kəndindən olan şəhid Babayev Mətləb Paşa oğlunun ailəsini ziyarət olundu. Ziyarət şəhidin 3 yaşlı yaxın qohumunun səhhətində yaranmış problemlərlə əlaqədar həyata keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüş zamanı ailənin qayğıları ilə maraqlanıldı, xəstə uşağın sağlamlıq vəziyyəti barədə məlumat alındı. İcra başçısının müavini rayon rəhbərliyinin adından ailəyə mənəvi dəstəyini ifadə edərək, uşağın tezliklə sağlamlığına qovuşmasını arzuladı. Bildirildi ki, şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir və onların üzləşdikləri hər bir problemə həssaslıqla yanaşılır.

Söhbət zamanı şəhid Babayev Mətləb Paşa oğlunun əziz xatirəsi ehtiramla yad olundu, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın xalqımız tərəfindən yüksək qiymətləndirildiyi vurğulandı. Qeyd edildi ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlər davam etdirilir. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, onların problemləri ilə maraqlanılmasını yüksək qiymətləndirdilər.

Sonda uşağa şəfa, ailəyə səbir və dözüm arzulandı, onların hər zaman dövlət qayğısı ilə əhatə olunduğu bir daha diqqətə çatdırıldı




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar