Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Prezidentə Fəxri doktor adı verildi

Tarix: 19-05-2026 23:09     Baxış: 2 919

Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru Elm və Təhsil Nazirliyində olub. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.

Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.

Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.

Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar