Xəbər lenti

Goranboyda dini icma rəhbərləri ilə görüş keçirildi - Fotolar

Tarix: 27-05-2026 13:41     Baxış: 2 058

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, ziyalıları və ictimai fəalların iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüş keçirdi.

Mubarizciler.az xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Goranboy rayon Cümə məscidini ziyarət edərək burada yaradılan şəraitlə tanış oldu, məscidin fəaliyyəti, dini-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlər və dini icmanın fəaliyyəti barədə məlumat aldılar.

Tədbirdə çıxış edən rayon rəhbəri qarşıdan gələn Qurban bayramının İslam aləmində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, bu müqəddəs günlərin insanlar arasında həmrəylik, mərhəmət, paylaşma və xeyirxahlıq kimi ali dəyərlərin təbliğinə xidmət etdiyini bildirdi. İcra başçısı dini icma rəhbərlərinin cəmiyyətin mənəvi tərbiyəsində, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasında və ictimai sabitliyin qorunmasında mühüm rol oynadığını vurğuladı.

Sonda tədbir iştirakçılarına Qurban Bayramı münasibəti ilə xoş arzularını çatdırdı.

Görüşdə ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğu, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin cəmiyyətin mənəvi həyatında mühüm rol oynadığı vurğulandı. Bildirildi ki, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərir, tolerantlıq və multikulturalizm ənənələri dövlət tərəfindən daim dəstəklənir.

Dini icma rəhbərləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, ölkədə mövcud olan dini azadlıq mühitinin və dövlət tərəfindən yaradılan şəraitin onların fəaliyyətinə geniş imkanlar yaratdığını bildirdilər. Onlar cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində bundan sonra da fəal iştirak edəcəklərini qeyd etdilər.

Qarşıdan gələn Qurban bayramı münasibətilə bütün rayon sakinlərinə xoş arzular çatdırıldı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı və dövlətimizin daha da güclənməsi naminə dualar edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar