Goranboyda aqrar sektorun aparıcı sahələrindən biri olan tütünçülük inkişaf etdirilir - Fotolar

2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Dövlət proqramları ilə yanaşı Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamları da fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Goranboy rayonunda da aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafında əsaslı nəticələr əldə edilib. Tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır.
Mubarizciler.az xəbər verir ki, əvvəllər rayonun Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində, ümumilikdə 8 hektar sahədə tütün becərilirdi.
Cari ildə bu sahənin inkişafı genişləndirilərək, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 ha sahədə tütün toxumu üçün 13 istixana qurulub və bu istixanalarda becərilən şitil toxumları xarıcdən gətirilir, torf kübrə qarışığı ilə əkilir. Hazırda burada 41 nəfərə yaxın daimi işlə təmin edilmişdir. Cari məhsul ili üçün 330 hektar sahəni əhatə edən torpaq sahəsində 6 mülkiyyətçi ilə müqavilə bağlanmışdır. Əkin sahələri müasir suvarma sistemləri ilə tam təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edir. Əkin üçün istifadə olunan toxum sortu Virciniya (NC291, İTB6184, İTB6179, PVH2411, PVH2414) çeşididir ki, bu da keyfiyyətli və məhsuldar tütün sortları sırasında yer alır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev istixanalarda tütün şitillərinin becərilməsi prossesi ilə yaxından tanış oldu.

Xəbəri paylaş







































0772703001 