Elmin Məmmədtağıyev Naftalan şəhərində vətəndaşları qəbul edib Fotolar

Mayın 21-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev tərəfindən Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə vətəndaş qəbulu keçirilib.
Mubarizciler.az xəbər verir ki, Qəbul zamanı vətəndaşlar əsasən iş yerinin dəyişdirilməsi və işlə təmin olunma bağlı müraciətlərini səsləndiriblər.
Elmin Məmmədtağıyev vətəndaşların təhsil sahəsi ilə bağlı müraciətlərini dinləyərək, səsləndirilən məsələləri aidiyyəti üzrə baxılması üçün qeydiyyata alıb. Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev tərəfindən vətəndaş qəbulu hər həftənin çərşənbə günü saat 15:00-dan etibarən idarənin inzibati binasında keçirilir. Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-2 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya info@ganja.edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Xəbəri paylaş







































0772703001 