Xəbər lenti

Goranboyun ucqar kənd məktəblərində təhsil alan şagirdlər və müəllim kollektivi ilə görüş keçirilib Fotolar + Yenilənib

Tarix: 19-05-2026 19:52     Baxış: 1 344

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev və təhsil sektorunun əməkdaşlarının iştirakı ilə Goranboy rayon Mənəşli kənd ümumi orta ümumtəhsil məktəbinin şagirdləri və müəllim kollektivi ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşün əsas məqsədi ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan şagirdlərə göstərilən diqqət və qayğının artırılması, onların təhsilə marağının daha da gücləndirilməsi və motivasiyalarının yüksəldilməsi olub.

Tədbir çərçivəsində şagirdlərlə səmimi söhbətlər aparılıb, onların əldə etdikləri nailiyyətlər, gələcək hədəfləri və təhsillə bağlı düşüncələri dinlənilib. Şagirdlərə gələcək həyat və təhsil yollarında uğurlar arzulanıb, onlara xatirə hədiyyələri təqdim edilib. Daha sonra məktəbin müəllim kollektivi ilə keçirilən görüş zamanı ucqar kənd məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin daha da təkmilləşdirilməsi, müəllim əməyinin cəmiyyət üçün əhəmiyyəti və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müəllimlərin gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsində göstərdikləri fədakar fəaliyyət yüksək qiymətləndirilib. Görüş çərçivəsində şagirdlərə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən xatirə hədiyyələri təqdim edilib və sonda xatirə şəkli çəkdirilib.

Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar