Xəbər lenti

Qurban bayramı münasibətilə Tərtərdə 100 ailə su ilə təmin olunub Fotolar + Yenilənib

Tarix: 26-05-2026 17:17     Baxış: 1 071

Qurban bayramı münasibətilə Tərtər rayonunun Kəngərli kəndində Yeni Azərbaycan Partiyasının (YAP) xətti və millət vəkili Anar Məmmədovun dəstəyi ilə 100-ə yaxın ailənin bəhrələnəcəyi texniki su xəttinin açılışı olub.

Mubarizciler.az xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən millət vəkili Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, kənd sakinləri, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Anar Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, istifadəyə verilən su layihəsinin şəhid Talıb Əli oğlu Şəldiyevin həyat yoldaşının müraciətindən sonra öz müsbət həllini tapdığını kənd sakinlərinin diqqətinə çatdırıb.

Mərasimdə çıxış edən kənd sakinləri də əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Daha sonra məktəblilər tədbir iştirakçıları üçün vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar