Xəbər lenti

Goranboyda “İctimai Dialoq: Ağsaqqallar və Gənclər” adlı görüş keçirilib Fotolar + Yenilənib

Tarix: 22-05-2026 12:08     Baxış: 805

“Goranboy 2026 - Gənclər Paytaxtı” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İctimai Dialoq: Ağsaqqallar və Gənclər” adlı görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə rayonun ictimai fəalları, ağsaqqalları və gənclər iştirak ediblər.

Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev, Goranboy Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Rəddin Məmmədov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim İsgəndər Səklikov iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin hər zaman ağsaqqallara və gənclərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir və rayonlarda da geniş şəkildə təbliğ olunur.

Tədbirdə ağsaqqallarla gənclər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, səmimi dialoq şəraitində gəncləri maraqlandıran müxtəlif mövzular ətrafında müzakirələr keçirilib. Gənclərə həyat təcrübəsi, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunda formalaşmanın əhəmiyyəti barədə tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar