Xəbər lenti
14-05-2026, 00:18
 

Göygöldə Türkiyə nümayəndə heyəti ilə rəsmi görüş keçirildi - Fotolar

Tarix: 21-05-2026 19:22     Baxış: 532

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda səfərdə olan Türkiyə Cümhuriyyətinin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğrunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda həmçinin Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov iştirak ediblər.

Görüşdə iki dövlət arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub.

Eyni zamanda gənclər və idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, ortaq təşəbbüslərin dəstəklənməsi, təcrübə mübadiləsi və birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar