Xəbər lenti
14-05-2026, 00:18
 
13-05-2026, 13:44
 

Bu gün Daxili İşlər Nazirliyinin fəaliyyətinə baxanda həmin ənənələrin davam etdiyini görürük

Tarix: 20-05-2026 19:38     Baxış: 791

Bəzən insanın yaddaşında elə illər yaşayır ki, aradan onilliklər keçsə də, həmin günlərin izi silinmir. Xüsusilə dövlətə xidmət etdiyin, Vətən qarşısında məsuliyyət daşıdığın illər ömrün yaddaş kitabında ayrıca bir səhifəyə çevrilir.

 Mən də bu gün qələmə sarılıb 1993–1994-cü illərin çətin, keşməkeşli, amma bir o qədər də şərəfli günlərini xatırlayıram. Həmin dövrlər Azərbaycan dövlətçiliyinin ağır sınaqlardan keçdiyi illər idi. Ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Qarabağ müharibəsinin ağrıları, insanların keçirdiyi gərginlik, dövlət strukturlarında çalışan əməkdaşların üzərinə düşən böyük məsuliyyət hər birimizin həyatında dərin iz buraxmışdı. O illərdə polis orqanlarında çalışmaq sadəcə peşə deyildi – bu, dövlətə sədaqət, xalqa xidmət və vətəndaş məsuliyyəti idi. Mən də həmin illərdə polis orqanlarında xidmət aparırdım. Gənc olsam da, üzərimizə düşən vəzifənin ağırlığını yaxşı anlayırdıq. Hər gün xidmətə çıxanda düşünürdük ki, dövlətin sabitliyi üçün hər bir əməkdaş öz yerində vicdanla çalışmalıdır. Çünki o dövrdə nizam-intizamı qorumaq, dövlət adamlarının təhlükəsiz hərəkətini təmin etmək, şəhərdə asayişin saxlanılması olduqca mühüm məsələ idi. Yaxşı xatırlayıram, o illərdə mənə çox əziz olan insanlardan biri də hörmətli Ramil müəllim idi. O zamanlar onun dövlətə bağlılığı, xidmətə münasibəti, insanlarla davranışı hər bir əməkdaş üçün nümunə sayılırdı. Hər dəfə onun xidməti avtomobili Baksovet istiqamətindən keçəndə biz yolun açıq olmasına xüsusi diqqət yetirirdik. Çalışırdıq ki, maşın tıxaca düşməsin, hərəkət rahat təmin olunsun. Bu, sadəcə vəzifə borcu deyildi. Bu, dövlətə və dövlət adamına olan hörmətin təzahürü idi. O dövrün Bakısı indiki Bakıdan tam fərqli idi. Küçələrdə gərginlik hiss olunurdu. İnsanlar sabaha ümidlə baxmağa çalışırdı. Dövlət orqanlarında çalışan əməkdaşlar isə gecə-gündüz demədən xidmət aparırdı. Bizim üçün əsas məsələ xalqın təhlükəsizliyi idi. Hər bir əməkdaş bilirdi ki, bu dövlətin ayaqda qalması üçün hər kəs öz məsuliyyətini dərk etməlidir. İllər ötüb keçir, zaman dəyişir, insanlar yaşa dolur. Amma bəzi xatirələr heç vaxt köhnəlmir. Bu gün həmin illəri xatırlayanda həm qürur hissi keçirirəm, həm də bir daha anlayıram ki, dövlətə xidmət insan ömrünün ən şərəfli yollarından biridir. O çətin illərdə xidmət aparan bütün polis əməkdaşları böyük fədakarlıq göstərdilər. Azərbaycan polisi hər zaman dövlətçiliyin keşiyində dayanaraq xalqın etimadını qorumağa çalışdı. Bu gün Daxili İşlər Nazirliyinin fəaliyyətinə baxanda həmin ənənələrin davam etdiyini görürük. Azərbaycan polisi bu gün də dövlətin sabitliyi, vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz xidmət aparır. Daxili İşlər Naziri, General-polkovnik Vilayət Eyvazov cənablarının rəhbərliyi altında polis orqanlarında aparılan işlər, nizam-intizamın daha da gücləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycanın daxili işlər sistemində uzun illər xidmət göstərmiş, dövlətçiliyə sədaqətlə bağlı olmuş insanları da xalq həmişə hörmətlə xatırlayır. Qarabağımızın dəyərli ağsaqqallarından biri olan General-polkovnik Ramil Usubov da dövlətə xidmət nümunəsi göstərmiş şəxsiyyətlərdəndir. Onun rəhbərlik etdiyi dövrdə polis orqanlarının fəaliyyətində sabitliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. İnsan ömründə bəzi adlar sadəcə vəzifə sahibi kimi yox, həm də yaddaşda iz qoyan şəxsiyyət kimi qalır. Ramil müəllim də belə insanlardan biridir. Ona görə də bu gün həmin illəri yada salaraq bu sətirləri qələmə almağı özümə mənəvi borc bildim. Tarix unudulmur. Dövlətinə, xalqına sədaqətlə xidmət edən insanlar da unudulmur.

Allah bütün dövlət adamlarımıza can sağlığı versin. Azərbaycan daim güclü, sabit və təhlükəsiz olsun. Polis orqanlarında xidmət edən bütün əməkdaşlara uğurlar arzulayıram. Dövlətimizin keşiyində duran hər bir insanın əməyi hər zaman yüksək qiymətləndirilməlidir.

Tarix yaddaşımızdır. Keçmişi unutmaq olmaz. Çünki bu günümüzün təməlində dünənin zəhməti, xidməti və fədakarlığı dayanır.



Tarixin səhifələri qəzetinin 

Baş redaktor:

 Faiq Əlimzadə



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar