Xəbər lenti

Goranboyda yaşayış binalarının 2023-cü ilin sentyabr ayında tikinti işlərinə başlanılmış və hazırda işlər yekunlaşdırılır Fotolar

Tarix: 13-12-2025 16:10     Baxış: 2 093

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzilli yaşayış binalarının 2023-cü ilin sentyabr ayında tikinti işlərinə başlanılmış və hazırda işlər yekunlaşdırılır. 

Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində 4 mərtəbəli 16 mənzilli yaşayış binasında aparılan son tamamlama işləri ilə yerində tanış oldu. İcra Başçısı işlərin qısa vaxtda başa çatdırılması, sakinlərə təhvil verilməsi və binanın bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar