Xəbər lenti

Görəsən, qurbanlıq ətdən kimlərə vermək mütləqdir? Əksinə, kimlərə vermək olmaz? - Açıqlama

Tarix: 24-05-2026 21:56     Baxış: 399

Qarşıdan Qurban bayramı gəlir. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram əsrlərdir paylaşma, yardımlaşma, mərhəmət və həmrəylik simvolu kimi qeyd olunur.

Mubarizciler.az ın məlumatına görə, İlahiyyatçı Ağa Hacıbəyli lent.аz-a açıqlamasında bildirib ki, qurbanlıq əti üç istiqamətdə bölüb, ehtiyaclı insanlara vermək lazımdır:

"Qurbanlıq heyvan bayram namazından sonra kəsilməli və üç əsas istiqamətdə – ailəyə, qonşulara və fəqirlərə bölünüb paylanmalıdır. İslam dinində qurban ibadətinin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşma və paylaşma hissini gücləndirməkdir. Bu səbəbdən qurban əti mütləq ehtiyaclı və möhtac insanlara çatdırılmalıdır. Həmin şəxslər həm yaxın qohum, həm də qonşu ola bilərlər. Bununla yanaşı, qurbanlıqdan maddi vəziyyəti yaxşı olan insanlara pay vermək də qadağan deyil. Qurban əti içki içən şəxslər istisna olmaqla, müsəlman olmayan, lakin ehtiyac içində yaşayan insanlara da verilə bilər. Bu yanaşma İslam dininin yardımlaşma və humanizm prinsiplərinə verdiyi önəmi göstərir".



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar