Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları xalqımız üçün böyük əhəmiyyət kəsb edir 0

Tarix: 29-07-2023 21:47     Baxış: 25 802

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

 Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu bildirən İlham Əliyev bu prosesləri dəyərləndirərkən deyirdi ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi cox hörmətli Mirsaleh Seyidov vəzifəyə təyin edildikdən sonra Penitensiar xidmətdə gedən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan amillərdən olan hüquq qaydasının, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi ilə səciyyələndirilməsi istiqamətində mühüm qərarlar verilmiş, bu sahədə fəaliyyətin təkmilləşməsində, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasında, cəza çəkən və həbs edilmiş şəxslərin hüquq və imtiyazlarının genişləndirilməsində, məhkumların yemək və maddi-məişət normalarında, görüş və sovqat qəbulunda, tibbi təminatında, saxlanma şəraitinin daha da yaxşılaşdırılmasında və digər mühüm məsələlərin həllində əhəmiyyətli dərəcədə işlər görülmüşdür.

Cənab Nazir müavini Mirsaleh Seyidovun rəhbərliyi ilə qısa müddət ərzində mövcud problem və çatışmazlıqlar aradan qaldırılmaqla yanaşı, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verilməməsi, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır. Həmçinin, islah və təlim-tərbiyə işinin səmərəliliyinin artırılması, istehsalat sahələrinin genişləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıq və göstərişlər verilmişdir.

Bu gün fərəh hissi ilə qeyd edim ki, son günlərdə kütləvi informasiya vasitələrində və internet resurslarında Penitensiar xidmətdə aparılan mühim islahatlar barədə geniş yazılar öz əksini tapmaqla yanaşı, vətəndaş məmnunluğu təmin edilməkdə davam edir. Hər birimiz inanırıq və əminik ki, Penitensiar xidmət Mirsaleh Seyodovun rəhbərliyi ilə bu gün aparılan genişmiqyaslı islahatlar dahada inkişaf edəcək və hər bir görülən və zəhmət tələb edən gecə-gündüzlü məqsədyönlü işlər Dövlətimiz və Millətimiz üçün cəza-icra siyasətinin həyata kecirilməsi istiqamətində uğurlu olacaqdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar