Xəbər lenti

Xankəndi Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib Fotolar

Tarix: 26-05-2026 13:07     Baxış: 791

 Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Kərgicahan qəsəbəsi 1 saylı tam orta məktəbdə və Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşlərdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı ciddi fəsadlardan danışıb.

Həmçinin iştirakçılara əsrin bəlası hesab olunan narkomaniyaya qarşı mübarizənin effektiv təşkili məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, gənc nəslin sağlam ruhda və düşüncədə formalaşmasının, valideyn etimadını doğrultmasının, Vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyi barədə məlumat verilib.

Görüşlərin sonunda şagirdləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar