Səxavət İsmayıl İcra başçısı ilə bağlı paylaşım edib

Ağstafalı ictimai-fəal Səxavət İsmayıl İcra başçısı Seymur Orucovla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Mubarizciler.az həmin paylaşımı olduğu kimi təqdim edir.
Bu gün Ağstafa Rayon İcra Hakimiyyəti rəhbəri Seymur Orucov haqqında ürəkdən gələn fikirlərimi bölüşmək istəyirəm. Seymur müəllim təkcə bir rayon rəhbəri deyil, o həm də xalqın içindən çıxmış, insanların dərdini anlayan, kasıbın, ehtiyac sahibinin, şəhid ailələrinin, yetim və kimsəsizlərin yanında olan bir insan kimi hər kəsin hörmətini qazanıb. Rəhbər olmaq olar, amma insanların qəlbində yer tutmaq hər insana nəsib olmur. Seymur müəllim isə öz mərhəməti, ədaləti, sadəliyi və xeyirxahlığı ilə Ağstafa sakinlərinin sevgisini qazanmağı bacarıb. Bu gün rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, yolların, parkların, yaşayış məhəllələrinin yenilənməsi, insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən diqqət və qayğı Seymur müəllimin insanlara necə böyük ürəklə yanaşdığını göstərir. Yetimə sahib çıxmaq, kasıbın qapısını döymək, yaşlının halını soruşmaq, çarəsizin səsinə səs vermək böyük insanlıq nümunəsidir. Bu xüsusiyyətlər isə Seymur müəllimi xalqın gözündə daha da ucaldır. İnsanlar üçün vəzifədən daha önəmli olan məhz insanlıqdır. Çünki yaxşılıq və mərhəmət unudulmur. Ağstafa ictimaiyyəti hər zaman öz rəhbərinin diqqətini, qayğısını hiss edir. Bu da rayon sakinləri ilə rəhbərlik arasında böyük hörmət və etimad yaradır. İnşallah görülən bütün xeyirxah işlər davamlı olar, rayonumuz daha da inkişaf edər.
Allah Seymur müəllimə can sağlığı, uzun ömür, gördüyü işlərdə uğurlar nəsib etsin. Xalqına xidmət edən, insanlara dəyər verən rəhbərlər hər zaman xalqın duasını qazanırlar.
Xəbəri paylaş






































0772703001 