Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Beyləqanda maarifləndirmə tədbirləri davam etdirilir - Fotolar

Tarix: 26-05-2026 16:38     Baxış: 882

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Evində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, yədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır fəsadlardan danışaraq məktəbliləri bu kimi təhlükəli hallardan uzaq olmağa çağırıb. Bildirilib ki, sağlam düşüncə və düzgün seçim hər bir gəncin həyatında mühüm rol oynayır.

Görüş zamanı iştirakçılara digər zərərli vərdişlərin yaratdığı mənfi nəticələr, təhlükəli mühitlərdən qorunma yolları və sağlam həyat tərzinin üstünlükləri barədə məlumatlar verilib. Eyni zamanda internetdə törədilən dələduzluq halları, saxta linklər və şəxsi məlumatların qorunması ilə bağlı vacib tövsiyələr diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar