Xəbər lenti
15-09-2026, 17:52
 

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib Fotolar

Tarix: 22-05-2026 18:45     Baxış: 1 652

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Piriyev Rəşadət Əli oğlunun meyitinin qalıqları Bərdə rayonunda dəfn olunub. Mubarizciler.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən vida mərasimində Bərdə və Tərtər Rayon İcra Hakimiyyətlərinin başçıları, hər iki rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə,  təşkilat kollektivləri, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər

Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Qeyd edilib ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən R.Piriyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndlərinin ərazisində Qızılqaya yüksəkliyində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar