Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir 0

Tarix: 21-07-2023 20:31     Baxış: 61 285

Prezident cənab İlham Əliyevin islahatların yeni dalğasını anons etdikdən sonra ölkəmizin bütün sahələrini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanıb. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə edərək bildirib ki, biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin yeni təyin edilən rəisi Mirsaleh Seyidov xidmətdə öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış, uzaqgörənliyi sayəsində bu gün Penitensiar xidmətin bütün sahələrdə sistemli, ardıcıl islahatların aparılmasına start verib.

Cənab Nazir müavini Mirsaleh Seyidov tərəfindən həyata keçirilən islahatlar, o cümlədən kadr islahatları xidmətimiz üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da hər bir əməkdaş tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar Penitensiar xidmətin ümumi inkişafına, əməkdaş-vətəndaş, məhkum və həbs edilmiş şəxslərlə münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. 

Bu gün cox hörmətli cənab Nazir müavini Mirsaleh Seyidov yorulmadan öz işini dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun olaraq qurur, cəza-icra siyasətini normativ hüquqi baza əsasında formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

Xidmət rəisi Mirsaleh Seyidovun gecə-gündüzlü və onillər boyu zəhməti olaraq tərəfindən start verilən islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var.  İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan hər bir əməkdaş anlayır ki, 2023-cü ilin qarşıdakı yarım illiyi digər illərdən fərqlənən çox ciddi aylar olacaqdır.

Əli İbrahimov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar