Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyun İcra başçısı şəhid atasını ziyarət edib - Fotolar

Tarix: 20-05-2026 16:37     Baxış: 2 121

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə Qarqucaq kəndindən şəhid Aslanov Rəşad Taryel  oğlunun atası Taryel Aslanovu əməliyyatdan sonra evində ziyarət etdilər. 

Mubarizciler.az xəbər verir ki, görüş zamanı rayon rəhbəri şəhid atasının səhhəti ilə yaxından maraqlanaraq ona göstərilən tibbi xidmət və müalicə prosesi barədə məlumat aldı. 

Müalicəsinin davam etdirilməsi və sağlamlığının diqqətdə saxlanılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verdi. Ziyarət çərçivəsində şəhidimizin şəxsi əşyaları, fotoşəkilləri və döyüş yolunu əks etdirən guşəyə baxış keçirildi. Şəhid Rəşad Aslanovun Vətən uğrunda göstərdiyi şücaət və keçdiyi şərəfli döyüş yolu barədə danışıldı, onun əziz xatirəsinin daim ehtiramla yad olunduğu vurğulandı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar