Xəbər lenti

Orxan Abbasov səyyar qəbul keçirdib - Fotolar

Tarix: 26-05-2026 17:53     Baxış: 511

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26.05.2026-cı il tarixdə Əmirvar-Əhmədli kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

 Mubarizciler.az xəbər verir ki  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar-Əhmədli kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Sakinləri qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov deyib: ”Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri ilə yerlərdə müntəzəm şəkildə keçirilən səyyar qəbullar vasitəsilə biz vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların problemlərini yerində öyrənmək və operativ həll etmək imkanı əldə edirik. Bu görüşlər rayonun hər bir yaşayış məntəqəsində sakinlərin müraciət və təkliflərini dinləməyə, dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunu oynamağa səmərəli şərait yaradır. Məqsədimiz vətəndaş-məmur münasibətlərini daha da şəffaf və faydalı etmək, hər bir müraciətə diqqət və qayğı ilə yanaşmaqdır”.Sonra sakinlərin müraciət və təklifləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb. Qəbulda iştirak edən Əmirvar-Əhmədli kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26.05.2026-cı il tarixdə Əmirvar-Əhmədli kəndində vətəndaşların səyyar qəbulunu keçirib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar