Xəbər lenti

Samux rayonunda 3535,2 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır

Tarix: 07-05-2026 17:11     Baxış: 602

Samux rayonunun iqtisadiyyatının  əsasını kənd təsərrüfatı  məhsullarının  istehsalı təşkil edir.

Mubarizciler.az a İdarədən verilən məlumata görə, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.  Əkinçilik sahəsində taxıl, günəbaxan, bostan və yem bitkilərinin əkini daha çox yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, tərəvəz, qarğıdalı,  və sair kənd təsərrüfatı məhsulları da becərirlər. 2026-cı ilin məhsulu üçün təsərrüfatlar 3535,2 hektar sahədə yazlıq bitkilərin səpini aparmışdır. Yazlıq səpinin 2230,0 hektarı əhali təsərrüfatlarında, 1305,2 hektarı isə kənd təsərrüfarı müəssələrində aparılmışdır.

Aparılmış yazlıq bitkilərin 108,5 hektarı dənli bitkilər, 379,3 hektarı tərəvəz, 161,4 hektarı kartof, 1326,8 hektarı günəbaxan, 490,9 hektarı şəkər çuğunduru, 416,5 hektarı qarğıdalı, 592,9 hektarı çoxillik otlar, 45,2 hektar bostan, 9,1 hektarı paxlalı bitkilər, 4,6 hektarı isə birillik otlar olmuşdur. Hal-hazırda yazlıq bitkilərin səpini davam edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar