Goranboy rayon İcra Hakimiyyətinin başçısı COP29 tədbirində iştirak edib - Fotolar
Goranboy rayon İcra Hakimiyyətinin başçısı COP29 tədbirləri çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə iştirak edib
Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ölkəmiz və dünya üçün mötəbər bir hadisədir. Dünyanın 196 ölkəsinin Bakıda, iqlim dəyişmələrinin vura biləcəyi zərərləri aradan qaldırmağı davamlı olaraq müzakirə etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına noyabrın 12-də start verilib. COP29-a Azərbaycanın ev sahibliyi etməsi, dünya dövlətlərinin ölkəmizə olan hörmətin və inamın göstəricisi, həmçinin, fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsidir. Bu isə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və düşünülmüş məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan COP29-un sədri kimi çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun. Azərbaycanda COP29-un yüksək səviyyədə təşkili və dünyanın xilası naminə səsləndirlilən fikirlər mənfur dairələrin arzularını ürəyində qoydu.Onlara ən yaxşı cavab isə dünyanı heyrətləndirən lider Prezident cənab İlham Əliyevdən gəldi: ”Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Mubarizciler.az ın məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib. Görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin və digər rəsmilərin çıxışları dinlənilib. Tədbirdə şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac olduğu vurğulanıb. Bununla yanaşı, urbanizasiya baxımından ən sürətlə inkişaf edən regionlardan biri kimi, ölkəmizin şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiq olduğu bildirilib və bu istiqamətdə işlərin sürətlə aparıldığı diqqətə çatdırılıb.
Xəbəri paylaş