Xəbər lenti

Rövşən Eyyubov mənim üçün əziz və dəyərli insandır 0

Tarix: 06-06-2023 11:22     Baxış: 4 424

Rövşən Eyyubov mənim üçün əziz və dəyərli insandır

Rövşən Eyyub oğlu Eyyubov Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovnikidir.

Rövşən Eyyubov uzun müddət bu orqanda çalışaraq peşəkar polis olmaqla yanaşı, Azərbaycan musiqi sahəsində də kifayət qədər böyük uğurlara imza atmış şəxslərdəndir.

Belə ki, Rövşən Eyyubov 1993-1994-cü illərdə fəaliyyət göstərən "Gəncə” qrupunun üzvlərindən olub. O, həmin dövrün bir çox məşhur mahnılarının həm müəllifi, həm də ifaçısıdır.

Həmin mahnılardan ən məşhuru söz və musiqisi Rövşən Eyyubovun özünə aid olan "Mənə niyə baxmırsan” adlı musiqidir. Bundan başqa o, "İtkin gəlinim”, "İlahə”, "Ayrılmaram”, "Gəncəm”, "Yalan”, "Gəl dedim”, "Ümidimi qopardılar”, "Gəl dedim”, "Ayrılmaram səndən” adlı mahnıları ifa edib.

1992-1995-ci illərdə tanınmış estrada ulduzu olan R. Eyyubov həm də toylarda da ifa edirdi.

Sözügedən illərdə peşəkar musiqi ilə məşğul olan hazırki polis polkovniki daxili işlər orqanlarında işə düzəldikdən sonra, musiqi ilə həvəskar kimi məşğul olmağa başlayıb. O, indi də dost, qohum məclislərində ifa edir.

Rövşən Eyyubov musiqi sahəsində fəaliyyətini həvəskar kimi davam etdirsə də, bir neçə il əvvəl çəkilən "Kaş ki, səni sevməyəydim” musiqili serialın ssenari müəllifliyini və bəstəkarlığını edib.

Rövşən Eyyubov Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidməti rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. O, DİN-nin su Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmamışdan qabaq Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı olub.

Həmçinin R. Eyyubovun 2011-ci ildə "Yaxşı əməl heç vaxt gizli qalmır" adlı kitabı çap edilmişdir. Prezidentin şəxsi kitabxanasında saxlanılır.

Rövşən Eyyubov 2011-ci ildə prezident İlham Əliyev tərəfindən igidliyə görə medalla təltif olunmuşdur.

DİN fərqlənmə medalları ilə təltif olunmuşdur.

Daxili işlər orqanının usta dərəcəsi.

2012-ci ildə polis əməkdaşlarını maarifləndirilməsi üçün "Narkomaniya ilə mübarizə" adında tədris kitabı dərc olunmuşdur.

Rövşən Eyyubov Daxili İşlər orqanlarına aid bir neçə tədris kitablarının müəllifidir.

2014–2015-ci illərdə "Heydərlə Azərbaycan" və "Heydərlə Azərbaycan 2" musiqi əsərlərinin bəstələmişdir. AzTV-nin qızıl fondunda saxlanılır.

Rövşən müəllim həmdə çox xeyirxah və sadə insandır. O, mənim üçün dəyərli və əziz insandır.

Hörmətlə gənc fəal gənc könüllü, YAP üzvü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü Fərid Şərifov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar