Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Xocavəndin İcra başçısı Ağcabədidə səyyar qəbul keçirdib - Fotolar

Tarix: 23-05-2026 19:06     Baxış: 1 015

21 may 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Ağcabədi rayonunda məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki,  Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov görüşü giriş sözü ilə açaraq Ağcabədi rayonunda məskunlaşan rayon sakinlərini və yığıncaq iştirakçılarını salamlamış, Azərbaycanın növbəti dəfə qlobal və regional miqyaslı tarixi hadisələrin mərkəzində dayandığını xüsusi qeyd etmişdir. Natiq hazırda paytaxt Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mötəbər sessiyasına ev sahibliyi etdiyini, habelə dövlət başçımızın Qazaxıstana səfəri və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə fəal iştirakının Azərbaycanın birləşdirici rolunu daha da möhkəmləndirdiyini diqqətə çatdırmışdır. Məruzədən sonra iclasın gedişatına uyğun olaraq, vətəndaşlar qəbulda fəal iştirak edərək öz qarşılaşdıqları problemləri icra başçısının nəzərinə çatdırmışlar. Səyyar görüşdən tam razı qaldıqlarını qeyd edən rayon sakinləri, onlara göstərilən bu davamlı dəstəyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar