Xəbər lenti
8-05-2026, 14:49
 

Goranboy bu gün baharın ən gözəl rənglərini özündə əks etdirir Fotolar + Yenilənib

Tarix: 13-05-2026 20:57     Baxış: 882

"Gülə, çiçəyə bürünən qəhrəman Goranboy"

Yaz fəslinin gəlişi ilə Goranboy rayonu sanki yenidən canlanıb. Şəhərin parklarında, küçələrində, yolkənarı ərazilərdə və yol dairələrində aparılan abadlıq və yaşıllaşdırma işləri nəticəsində əkilən rəngarəng güllər, müxtəlif çiçək kompozisiyaları və dekorativ gül kolları ətrafa xüsusi gözəllik verir. Təbiətin rəngləri ilə harmoniya yaradan bu mənzərə şəhər sakinlərinin gündəlik həyatına xoş ovqat qatır, rayona gələn qonaqlarda isə xoş təəssürat yaradır. Səhər saatlarında park və xiyabanlarda gəzən insanlar, istirahət edən ailələr, uşaqların sevinc dolu anları Goranboyun nə qədər səliqəli və baxımlı bir şəhərə çevrildiyini aydın şəkildə göstərir. Əkilən güllərin ətri, çiçəklərin rəngarəng görüntüsü şəhərə xüsusi bir canlılıq gətirib. Yol kənarlarında yaradılan yaşıllıq zolaqları və estetik görünüşlü gül kompozisiyaları isə Goranboyun simasını daha da gözəlləşdirib.

Mubarizciler.az xəbər verir ki, Aparılan abadlıq işləri şəhərin xarici görünüşünü dəyişdirməklə yanaşı insanlarda doğma yurda sevgi və qayğı hissini də gücləndirir. Təmiz, baxımlı və gül-çiçək içində olan küçələr sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.

Şəhər sakinləri görülən işləri yüksək qiymətləndirirlər. Rayon sakinləri bildirib ki, son illər Goranboyda həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri şəhərin simasını tamamilə dəyişib: “Bu gün küçələrimizdə, parklarımızda yaradılan gözəllik hər bir sakin üçün qürurvericidir. Hər tərəfdə səliqə-sahman, yaşıllıq və rəngarəng güllər insanın ruhunu oxşayır. Buna görə rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk”. Belə gözəllik insanlarda yüksək əhval-ruhiyyə yaradır”. Goranboy bu gün baharın ən gözəl rənglərini özündə əks etdirən, göz oxşayan və füsunkar bir məkana çevrilib.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar