Xəbər lenti

“At ili” nələr vəd edir?

Tarix: 31-12-2025 21:46     Baxış: 1 155

2026-cı il Çin təqviminə görə “At ili” olacaq.

Mubarizciler.az ın məlumatına görə, astroloqlar bu ili sürətli qərarlar, cəsarətli addımlar və kəskin dəyişikliklərlə xarakterizə edirlər.

Beynəlxalq astroloji portallar və iqtisadi yönümlü nəşrlərin yazdığına görə, bu il passivliyi sevmir.

Bu dövr daha çox hərəkət edən, risk alan və təşəbbüs göstərən insanlar üçün uğurlu sayılır.

Xüsusilə karyera, biznes və şəxsi inkişaf sahəsində yeni başlanğıcların artacağı proqnozlaşdırılır.

“The Sun” nəşri bildirir ki, 2026-cı il risk və fürsətlərin eyni anda mövcud olduğu il olacaq. Startaplar, yeni layihələr, innovativ ideyalar və fərdi təşəbbüslər üçün əlverişli mühit formalaşa bilər. Bununla yanaşı, düşünülməmiş qərarların sürətlə itkilərə yol aça biləcəyi də vurğulanır.

Astroloji proqnozlara əsasən, “At ili” maliyyə baxımından da dinamik keçə bilər. Bəzi bürclər üçün gözlənilməz gəlir imkanları, karyera yüksəlişi və yeni qazanc mənbələri ön plana çıxır. Lakin ekspertlər sürətli gəlirlə yanaşı, planlama və məsuliyyətin də vacibliyini xatırladır.

Xarici mənbələr 2026-cı ili həm də şəxsi azadlıq və öz yolunu seçmək ili kimi xarakterizə edir. Bu dövrdə insanlar köhnə işlərdən, münasibətlərdən və həyat tərzindən imtina edərək yeni istiqamət axtarışına çıxa bilərlər. Köç, iş dəyişikliyi və fərdi qərarların artacağı gözlənilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar