Goranboy RİH-də Aparat iclası keçirilib

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Aparat iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, keçirilən iclasda vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq işlərinin təşkili, qanunsuz tikintilərə qarşı mübarizə, "Şəhərsalma və Memarlıq İli" və "Goranboy 2026-Gənclər Paytaxtı" ilə bağlı silsilə tədbirlərin davam etdirilməsi, Qurban bayramı günlərində heyvanların kəsimi və satışının həyata keçirilməsi məqsədilə kəsim məntəqələrində sanitariya-gigiyena qaydalarına və baytarlıq normalarına əməl olunması və bu istiqamətlərdə verilmiş tapşırıqların icra vəziyyəti barədə Aparat iclası keçirildi.

Xəbəri paylaş







































0772703001 