Xəbər lenti
15-09-2026, 17:52
 

Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışına icazə verildi

Tarix: 20-05-2026 16:43     Baxış: 1 141

Mayın 25-i saat 00:00-dan dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Mubarizciler.az xəbər verir ki, bu bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycanla Gürcüstan arasında sərnişin daşımalarına icazə verilməsi ilə bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara da müvafiq dəyişiklik edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar