Xəbər lenti
15-09-2026, 17:52
 

28 May — Müstəqillik Günü ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirilib Fotolar

Tarix: 26-05-2026 13:31     Baxış: 1 057

28 May — Müstəqillik Günü ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının akt zalında geniş heyətin iştirakı ilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən xəstəxananın direktoru Ülfət Qurbanov 28 Mayın Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək dövlət müstəqilliyimizin qorunmasının, milli-mənəvi dəyərlərimizin yaşadılmasının vacibliyini vurğulayıb. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev isə çıxışında xalqımızın müstəqillik uğrunda keçdiyi şərəfli yoldan danışıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Həmçinin qarşıdan gələn Qurban bayramı münasibətilə kollektivə bayram təbrikləri çatdırılıb, iştirakçılara xoş arzular ifadə olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar