Xəbər lenti

Goranboy rayonunda Velosiped idman növü üzrə turnir keçirildi - Fotolar

Tarix: 26-05-2026 23:00     Baxış: 1 099

26 may 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "28 May - Müstəqillik Günü" və "Dünya Velosiped Günü"nə həsr olunmuş Velosiped idman növü üzrə Goranboy rayon turniri keçirildi. Mubarizciler.az xəbər verir ki, Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, velosiped idman növünün inkişaf etdirilməsi, eləcə də milli və beynəlxalq əhəmiyyətli günlərin gənc nəslə aşılanması olub. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Musayev, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev iştirakçıları salamlayaraq, bu cür idman yarışlarının gənclərin fiziki inkişafında, asudə vaxtlarının səmərəli təşkilində və sağlam ruhda formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Həmçinin qeyd olunub ki, ölkəmizdə idmanın bütün növlərinə göstərilən dövlət qayğısı gənclərin bu sahəyə marağını daha da artırır. Yarış Goranboy şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısından Heydər Əliyev Parkı istiqamətində 3 kilometr məsafə üzrə təşkil olundu. Turnirə Goranboy UGİŞM-in velosiped bölməsindən 40-a yaxın idmançı qatıldı. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda I, II, III yerləri tutmuş idmançılar diplom, medal və hədiyyə ilə təltif olunub və sonda xatirə şəkli çəkdirilib.

Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar