Xəbər lenti

Goranboy rayonu üzrə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumat

Tarix: 27-10-2026 22:38     Baxış: 448

Goranboy rayonu üzrə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumat.

Mubarizciler.az xəbər verir ki, 2026-cı ilin sentyabr ayının 1-i vəziyyətinə rayonun iqtisadi və sosial sahələrində muzdla çalışan işçilərin sayı 11647 nəfər təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin sayı 7257 nəfər, özəl müəssisələrdə isə 4390 nəfər olmuşdur. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 10,5 faizi tikintidə, 3,7 faizi emal sənayesində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 0,5 faizi mədən çıxarma sənayesində, 4,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.Xidmət sahəsində işləyənlərin 35,5 faizi təhsil, 19,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 5,0 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi informasiya və rabitə və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.                                       

2026-cı ilin sentyabr ayının 1-i vəziyyətinə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 747,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 705,5 manat, özəl müəssisələrdə isə 823,1 manat olmuşdur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar