Xəbər lenti

Azər Qocayev şəhid Abdullayev Şəhriyar Kamil oğlunun ailəsini ziyarət edib Fotolar

Tarix: 21-10-2026 17:44     Baxış: 574

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov,RİH-in məsul əməkdaşları şəhid Abdullayev Şəhriyar Kamil oğlunun ailəsini ziyarət edilib.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, şəhid Abdullayev Şəhriyar Kamil oğlu 02 mart 1987-ci ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 1994-cü ildə Tərtər şəhəri Cəmilli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1998-ci ildən 73 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

2007-ci ildə Ağcəbədi rayonunun N saylı hərbi hissəsindədə hərbi xidmətini başa vuran Şəhriyar Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2013-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olub.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şəhriyar döyüşdə yaxından iştirak edib.

Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.

13 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəli idi. 2 qızı yadigar qaldı. 13 oktyabr 2020-ci ildə Daşkəsən rayonu Şəhidlər Xiyabanında dəfn edilib. 

15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixində "Hərbi xidmətlərə görə" və 24 iyun 2021-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar