Goranboyun İcra başçısı şəhid ailəsini ziyarət edib Fotolar

Goranboyda İcra başçısının Şəhid ailələrini ziyarəti davam edir.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Fəxralı kəndində Şəhid Yusibov Kərim Həsrət oğlunun ailəsini ziyarət etdi.
Ziyarət zamanı şəhid ailəsinin sosial durumu ilə maraqlanılaraq, onun qayğıları dinlənildi.
Görüş zamanı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə və onların ailələrinə olan ehtiramının ifadəsidi olduğunu bildirdi.
Şəhid atası Həsrət Yusibov şəhid ailələrinə göstərilən diqqət və dəstəyin onlar üçün mənəvi dayaq olduğunu vurğulayaraq, Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.


Xəbəri paylaş







































0772703001 