Xəbər lenti

Baş prokuror Səbaildə vətəndaşları qəbul etdi Fotolar

Tarix: 16-10-2026 16:52     Baxış: 1 169

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Mubarizciler.az xəbər verir ki, bu gün Baş prokuror Kamran Əliyev Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar