Xəbər lenti

Göygöldə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib Fotolar + Yenilənib

Tarix: 15-10-2026 21:17     Baxış: 595

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərdən və qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə Ümummilli Lider Heydər Əliyevin və  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Müşavirədə məruzə ilə çıxış edən RİHB-sı Vüqar Novruzov dövlət başçısının nitqində əksini tapan əsas istiqamətlər, ölkəmizin qarşısında duran prioritet vəzifələr, dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, əhalinin sosial rifahının yüksəldilməsi, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğının gücləndirilməsi, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə fikirlərini bildirərək  qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və tapşırıqlar rəhbər tutularaq rayon ərazisində bütün istiqamətlər üzrə fəaliyyətin səmərəliliyi artırılmalı, vətəndaş məmnunluğunun təmin edilməsi, sosial məsələlərin həlli və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir.

Çıxış edən digər natiqlər də ölkə rəhbərinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin əhəmiyyətindən bəhs edərək, səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda dövlət idarəçiliyində məsuliyyətin artırılması, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, sosial məsələlərin həlli, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davam etdirilməsi, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə toxunulub.

Qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, dövlət başçısının tapşırıq və tövsiyələrinin fəaliyyət zamanı əsas götürülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizin davamlı inkişafına, milli birliyimizin möhkəmlənməsinə və Azərbaycanın daha böyük uğurlar qazanmasına xidmət etdiyi vurğulanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar