Xəbər lenti

Goranboyun İcra başçısı şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 22-10-2026 17:10     Baxış: 966

Goranboyda İcra başçısının Şəhid ailələrini ziyarəti davam edir.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Qaradağlı kəndində Şəhid Tağıyev Şahin Rəhim oğlunun ailəsini ziyarət etdi.

Ziyarət zamanı şəhid ailəsinin sosial durumu ilə maraqlanılaraq, onun qayğıları dinlənildi. 

Görüş zamanı Məhərrəm Quliyev şəhid ailələrinin, eləcə də Vətən uğrunda qəhrəmanlıq göstərmiş insanların ailə üzvlərinin hər zaman diqqət mərkəzində saxlanılmasının, onlarla mütəmadi görüşlərin keçirilməsi, problemləri və ehtiyacları ilə maraqlanılması dövlətin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirdi.

Şəhid anası Səadət Tağıyeva şəhid ailələrinə göstərilən diqqət və dəstəyin onlar üçün mənəvi dayaq olduğunu vurğulayaraq, Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar