Xəbər lenti

Goranboyda növbəti səyyar qəbul Şadılı kəndində keçirildi Fotolar + Yenilənib

Tarix: 23-10-2026 17:06     Baxış: 721

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Goranboy rayonunda vətəndaşların səyyar qəbulları davam etdirilir.

Mubarizciler.az xəbərverir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Şadılı kəndində səyyar qəbul keçirdi.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verildi.

Görüşdə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələr, əhalinin məşğulluğunun artırılması, sosial infrastrukturun yaxşılaşdırılması, və digər sosial əhəmiyyətli məsələlərə toxunuldu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar