Goranboyda Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd edilib Fotolar + Yenilənib

Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, partiya fəalları, ziyalılar və gənclərin iştirak etdiyi tədbirdən əvvəl iştirakçilar Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Daha sonra YAP Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən və Azərbaycanın inkişafında oynadığı roldan bəhs etdi.
O qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq ölkənin siyasi həyatında mühüm yer tutur. Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik prinsipləri və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət bu gün də ölkənin inkişafında mühüm əhəmiyyət daşıyır.
Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlara toxunub, ölkənin sosial-iqtisadi inkişafında, regionların tərəqqisində və əhalinin rifahının yüksəldilməsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxışında rayon təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və partiya üzvləri ilə aparılan işlər barədə ətraflı məlumat verərək təşkilatın fəaliyyətində ərazi partiya təşkilatlarının roluna, üzvlərlə işin gücləndirilməsinə və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi. O, partiya veteranlarının təcrübəsindən bəhrələnməyin, gənclərin təşəbbüslərini dəstəkləməyin və yeni üzvlərin təşkilatın fəaliyyətinə cəlb olunmasının əhəmiyyətini vurğuladı.
Partiya fəalları çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri, rayon təşkilatında həyata keçirilən işlər və partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakı barədə fikirlərini bölüşdülər. Onlar Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin, partiyanın ideoloji prinsiplərinin gənc nəslə çatdırılmasının və gənclərin təşəbbüskarlığının dəstəklənməsinin vacibliyini qeyd etdilər. Çıxışlarda, həmçinin partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və rayon təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı məsələlər diqqətə çatdırıldı.
Tədbirdə həmçinin yubiley yaşı tamam olmuş partiya veteranlarına Fəxri Fərman və qiymətli hədiyyələr, Partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olundu.
Sonda xatirə şəkili çəkdirildi.







Xəbəri paylaş







































0772703001 