Xəbər lenti

Almaniya səfiri Göygöldə olub Fotolar

Tarix: 16-10-2026 17:04     Baxış: 693

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, görüşdə rayonun zəngin tarixi-mədəni irsi, alman məskunlaşmasının bölgənin tarixindəki yeri, tarixi abidələrin qorunması və Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Rəsmi görüşdən sonra Göygölün alman irsini əks etdirən tarixi məkanlara baxış keçirilib, sonuncu alman Viktor Klaynın ev-muzeyi, müqəddəs İohan kilsəsi və digər yerlərlə tanış olub. Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin müəllim və şagird heyəti Azərbaycan və alman dillərində musiqi təqdim ediblər.

Səfər çərçivəsində əsası almanlar tərəfindən qoyulmuş Göygöl Şərab Zavoduna baxış keçirilib.

Qonaqlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar