Xəbər lenti

Goranboyda əmək yarmarkası keçirildi Fotolar

Tarix: 16-10-2026 18:13     Baxış: 616

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının dəstəyi ilə Goranboy Olimpiya İdman Kompleksində əmək yarmarkası keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Əliyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının direktoru Elməddin Qurbanov, eləcə də digər məsul şəxslərin iştirak etdiyi əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 18 müəssisə tərəfindən ümumilikdə 150 vakansiya işaxtaran vətəndaşların diqqətinə çatdırıldı.

Yarmarkada iştirak edən vətəndaşlara mövcud iş yerləri, vakansiyaların tələbləri, iş şəraiti və işə qəbul qaydaları barədə ətraflı məlumat verildi. İştirakçılar öz ixtisas və bacarıqlarına uyğun vakansiyalarla tanış olmaq, işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq və müraciətlərini təqdim etmək imkanı əldə etdilər.

Goranboy rayonunda əhalinin məşğulluğunun artırılması, işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunmasına dəstək göstərilməsi və əmək bazarında mövcud imkanların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əmək yarmarkaları işaxtaran vətəndaşlarla işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına, vakansiyalar haqqında məlumatların əlçatanlığının artırılmasına və əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar