Xəbər lenti

Deputat Tərtərdə vətəndaşları qəbul edib Fotolar

Tarix: 22-10-2026 17:03     Baxış: 791

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhəri Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov iştirak edib, vətəndaşların müraciətlərinin həlli istiqamətində müzakirələr aparılıb.

Qəbul zamanı Tərtər şəhəri, Goranboy və Ağdərə rayonlarından olan sakinlərin müraciətləri dinlənilib. Görüşdə əsas müraciətlər Ağdərə ərazilərinə qayıdış və məskunlaşma prosesi, işsizlik probleminin aradan qaldırılması, eləcə də kənddaxili yolların təmiri və digər sosial-kommunal məsələlərlə bağlı olub. 

Görüşdə qaldırılan ümumi xarakterli problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar