Xəbər lenti

Goranboyun İcra başçısı Şəhid atasını evində ziyarət etdi Fotolar

Tarix: 17-10-2026 17:35     Baxış: 658

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Goranlı kəndində Şəhid İxtiyar İlqaroğlunun atası İlqar Əliyevi evində ziyarət etdi.

Mubarizciler.az xəbər verir ki, Ziyarət zamanı şəhid atasının səhhəti ilə maraqlanılaraq, onun qayğıları dinlənildi. İlqar Əliyevə diqqət və qayğı göstərilməsinin, səhhətinin daim diqqətdə saxlanılmasının vacibliyi vurğulandı.

Görüş zamanı Məhərrəm Quliyev şəhid ailələrinin, eləcə də Vətən uğrunda qəhrəmanlıq göstərmiş insanların ailə üzvlərinin hər zaman diqqət mərkəzində saxlanılmasının, onlarla mütəmadi görüşlərin keçirilməsi, problemləri və ehtiyacları ilə maraqlanılması dövlətin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirdi.

Şəhid atası İlqar Əliyev şəhid ailələrinə göstərilən diqqət və dəstəyin onlar üçün mənəvi dayaq olduğunu vurğulayaraq. Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar