Xəbər lenti

Kamran Əliyev Draqo Kosla görüşdü Fotolar

Tarix: 27-10-2026 21:17     Baxış: 287

Xəbər verdiyimiz kimi, Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.

Mubarizciler.az ın məlumatına görə, görüş çərçivəsində Baş prokuror Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının (IACA) rəhbəri Draqo Kos ilə görüşüb.

Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Akademiya ilə əməkdaşlığın prokurorluq əməkdaşlarının peşəkar hazırlığının və antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsində əhəmiyyəti vurğulanıb.

Tərəflər azərbaycanlı prokurorların Akademiyanın akademik proqramlarında və təlimlərində iştirakını, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, eləcə də birgə təlim və tədqiqat təşəbbüslərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Draqo Kos Azərbaycan Baş Prokurorluğu ilə Akademiya arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı həmçinin antikorrupsiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və mövcud əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar