Goranboyda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazası gücləndirilir Fotolar

Goranboyda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazası gücləndirilir.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə təqdim edilmiş xüsusi təyinatlı yük maşınına və məişət tullantıları qutularına baxış keçirdi.
Təqdim olunan texnika və avadanlıqlarla tanış olan İcra Başçısı onların rayon ərazisində kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məişət tullantılarının daha səmərəli idarə olunması və təmizlik işlərinin yaxşılaşdırılması baxımından əhəmiyyəti qeyd etdi.
Yeni texnika və tullantı qutularının istifadəsi rayonun sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və əhaliyə göstərilən kommunal xidmətlərin daha səmərəli təşkilinə töhfə verəcək.





Xəbəri paylaş







































0772703001 