Almaniya səfiri Şəmkir rayonuna səfər edib Fotolar + Yenilənib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dirk Lölke Şəmkir rayonuna səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüb.
Mubarizciler.az xəbər verir ki, Görüşdə Milli Məclisin deputatı, Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov da iştirak edib.
Rəşad Tağıyev qonaqları salmalayaraq Şəmkir rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı və sənaye sahələrindəki potensialı, eləcə də həyata keçirilən layihələr barədə məlumat verib, rayonun zəngin tarixi-mədəni irsi, alman məskunlaşması dövründən qalan memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər haqda danışıb.
İcra başçısı bildirib ki, Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və gələcək nəsillərə çatdırılması dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindəndir: “Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şəmkirdə də alman irsinə aid tarixi yaşayış evləri bərpa olunub və bərpa zamanı onların ilkin memarlıq xüsusiyyətlərinin qorunmasına xüsusi önəm verilib”. Rəşad Tağıyev qeyd edib ki, bu abidələrin mühafizəsi yalnız tarixi tikililərin fiziki cəhətdən qorunmasını deyil, həm də bölgənin çoxmədəniyyətli keçmişinin, memarlıq ənənələrinin və Azərbaycan ilə Almaniya arasında tarixi-mədəni əlaqələrin yaşadılmasını təmin edir. Həmin nümunələr Şəmkirin tarixi simasının formalaşmasında mühüm yer tutur və rayonun mədəni irsinin tanıdılmasına xidmət edir.
Səfir Dirk Lölke Şəmkirdə alman mədəni irsinin qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti Şəmkir şəhəri, kənd təsərrüfatı müəssisələri və tarixi məkanlarla tanış olublar.




Xəbəri paylaş







































0772703001 