Goranboyda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı tədbir keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması, ölkəmizin davamlı inkişafı, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu və Prezident İlham Əliyevin siyasi kursundan irəli gələn vəzifələrin müzakirəsi baxımından əhəmiyyət kəsb edən tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsindən, dövlət müstəqilliyimizin möhkəmləndirilməsindən və milli maraqlarımızın qətiyyətlə qorunmasından ətraflı bəhs etdi.
Məhərrəm Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində siyasi sabitliyin təmin olunduğunu, iqtisadiyyatın müxtəlif sahələrində mühüm irəliləyişlər əldə edildiyini, sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü bildirdi.
Rayon rəhbəri vurğuladı ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Partiyanın fəaliyyətinin əsasını dövlətçiliyə sədaqət, milli maraqların qorunması, xalqla dövlət arasında birliyin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafına töhfə vermək təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin qarşısında yeni imkanlar açır və gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
İcra başçısı həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərimizin qorunmasının, cəmiyyətin bütün təbəqələri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edərək dövlətə və dövlətçiliyə sədaqət, qanunlara hörmət, ictimai məsuliyyət və vətəndaş həmrəyliyi Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindən olduğunu bildirdi.
Tədbirdə çıxış edən Qurultay nümayəndəsi Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov ölkəmizdə milli birliyin və ictimai həmrəyliyin qorunmasının əhəmiyyətindən danışaraq Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurların xalqın birliyi, dövlət rəhbərliyinin qətiyyətli siyasəti və cəmiyyətin ümumi məqsədlər ətrafında səfərbər olunması ilə sıx bağlı olduğunu vurğuladı.
Rəddin Məmmədov bildirdi ki, ağsaqqallar cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin düzgün istiqamətləndirilməsində, milli-mənəvi dəyərlərin yaşadılmasında və ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynayırlar. Onun sözlərinə görə, gənclərə vətən sevgisinin aşılanması, tariximizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin təbliği hər bir vətəndaşın mənəvi borcudur. Ağsaqqalların həyat təcrübəsindən səmərəli istifadə edilməsi, gənclərlə mütəmadi görüşlərin keçirilməsi və onların ictimai fəallığının artırılması cəmiyyətin inkişafına müsbət təsir göstərir.
Tədbirdə çıxış edən Qurultay nümayəndəsi şəhid ailəsinin üzvü Rübabə İsmayılova Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğuladı
Rübabə İsmayılova qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhid ailələri üçün ən böyük təsəlli onların övladlarının müqəddəs amal uğrunda canlarından keçməsi, xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə göstərdikləri qəhrəmanlığın daim ehtiramla yad edilməsidir.
Tədbirdə digər çıxış Qurultay nümyəndəsi Fuad Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindən, milli maraqların qorunmasından və ölkəmizdə aparılan quruculuq işlərindən danışaraq Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, partiyanın ictimai-siyasi fəaliyyətinin gücləndirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və gənclərin ictimai proseslərdə fəal iştirakının təmin edilməsi məsələlərinə toxundu. Bildirdi ki, ölkəmizin gələcək inkişafı naminə hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməli, dövlətçilik prinsiplərinə sadiq qalmalı və cəmiyyətin tərəqqisinə töhfə verməlidir. Xüsusilə, gənc nəslin milli ruhda tərbiyəsi, şəhidlərimizin xatirəsinin uca tutulması, qazilərimizə və şəhid ailələrinə ehtiram göstərilməsi, eləcə də xalqımızın tarixi ənənələrinin qorunması mühüm vəzifələrdəndir.
Sonda tədbir iştirakçıları Azərbaycan dövlətinin daha da güclənməsi, ölkəmizdə sabitliyin və inkişafın davamlı olması, milli birliyin qorunması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyini qeyd etdilər.





Xəbəri paylaş







































0772703001 